Türkiyə Superliqasında 10-cu tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olub.
Son çempion "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1 . Marqarita pizza
Hesabı 13-cü dəqiqədə "cim-bom"lu Sançes açıb. 67-ci dəqiqədə Osimhen fərqi artırıb. "Ağ-qaralar" bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 2:1.
Qeyd edək ki, hazırda "Qalatasaray" 28 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Beşiktaş" isə 20 xalla 4-cü pillədə qərarlaşıb.
Telegram kanalımız