“Qalatasaray” - “Fənərbaxça” derbisi Səudiyyə Ərəbistanında keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” - “Fənərbaxça” derbisi Səudiyyə Ərəbistanında keçiriləcək

İdman

21 Oktyabr 2023 10:02 479


Türkiyə superkubokunun oyununun keçiriləcəyi ölkə müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib. Son çempion “Qalatasaray”la kubokun qalibi “Fənərbaxça” arasında keçiriləcək qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində (Al-Awwal Park Arena) təşkil olunacaq. Matç dekabrın 30-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Qeyd edək ki, bu günlərdə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Azərbaycan tərəfinin də bu matça ev sahibliyi etmək istədiyini bildirib. Lakin o, bu oyunu qəbul etmək üçün “Azərbaycanda pul olmadığını” deyib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!