Türkiyə Superliqasının 37-ci turunun "Qalatasaray" - "Fənərbaxça" oyunundan (0:1) sonra qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçuları matçdan sonra meydana qayıdaraq klub prezidenti Ali Koç və digər nümayəndələr ilə birlikdə qələbəni qeyd etmək istəyiblər. İlk cəhddə buna icazə verilməsə də, daha sonra onlar istəklərinə nail olublar. Bu vaxt "Rams Qlobal Stadionu"nun işıqları söndürülüb.
Daha sonra bəzi "Qalatsaray" idarəçiləri meydana daxil olublar və tərəflər arasında gərginlik yaşanıb. Məsələyə polislər müdaxilə ediblər. Həmçinin bildirilir ki, meydanda Ali Koç və "Qalatasaray"ın baş katibi Eray Yazgan arasında da gərginlik olub. Pepperoni pizza
Daha sonra Ali Koç və digər "Fənərbaxça" nümayəndələri paltardəyişmə otağına tərəf yönəliblər. Həmin vaxt Ali Koç "İşimiz bitdi, gedə bilərik" deyə sözlər səsləndirib.
Digər tərəfdən "Fənərbaxça" "Rams Qlobal Stadionu"ndan gedərkən "Qalatasaray" nümayəndələri onları təqib etmək istəyib. Lakin polis buna mane olub. "Qalatasaray"ın vitse-prezidenti Erden Timur gərginliyi aradan qaldırmağa çalışıb.
Telegram kanalımız