“Qalatasaray“ futbolçularını cəzalandırdı: Səhər 9-dan axşam 5-ə qədər məşq edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“ futbolçularını cəzalandırdı: Səhər 9-dan axşam 5-ə qədər məşq edəcəklər

İdman

06 Aprel 2021 11:09 960


"Qalatasaray" rəhbərliyi komandanın Türkiyə Superliqasında ardıcıl xal itkilərindən sonra futbolçuları cəzalandırmağa qərar verib.

Yenisabah.az xəbər verir ki, İstanbul təmsilçisi oyunçulara mükafatları dayandırıb, məşq saatlarını dəyişdirilib. Sarı vərəqə və qırmızı vərəqə alaraq, komandanı azlıqda qoyan oyunçular cərimələnib. Ən böyük cərimə isə "Çaykur Rizəspor"la matçda (3:4) səhv edərək, cəzalı duruma düşən Markao və Kristian Luindamaya verilib.

Məşqçi heyətinin də razılığı ilə "Qalatasaray" rəhbərliyinin cəzaları və verdiyi yeni qərarlar aşağıda adları qeyd olunanlardır: pizza mizza

Cərimələr tətbiq olunub. Vərəqələr səbəbindən komandanı azlıqda qoyan oyunçular cərimələnəcək.

Qol.az-ın yazdığına görə, ən çox cərimə "Çaykur Rizəspor"la matçda (3:4) ciddi səhvlər edən və cəzalı duruma düşən Markao və Luindamaya veriləcək.

UEFA qaydalarına görə, maaşlar dayandırıla bilməz. Ancaq bütün mükafatların verilməsi bu mövsümün sonuna qədər dondurulub.

Bəzi oyunçulara mövsümün sonunadək oynamaq şansı verilməyəcək. Ancaq bu, rəsmi xarakter daşımır.

Florya təsislərində fövqaladə duruma keçid edilib. Məşq saatları dəyişdirilib. Futbolçular  səhər 9-dan axşam 5-ə qədər məşq edəcəklər.

Məşqçi heyətində bəzi dəyişikliklər ediləcək. Rəqibləri analiz etmək üçün yeni məşqçinin də gətirilməsi gündəmdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!