Türkiyənin "Qalatasaray" klubu icarəyə götürdüyü futbolçusu Emre Morla yollarını ayırıb.
“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında Yunanıstanın "Olimpiakos" klubunda çıxış edəcək. Bu keçid Afina təmsilçisinə 410 min avroya başa gəlib.
Futbolçunun mövsüm sonuna qədər olan maaşının 290 min avrosunu isə İstanbul təmsilçisi ödəyəcək. Dördpendirli pizza
Xatırladaq ki, müqavilə ilə İspaniyanın "Selta Viqo" klubuna məxsus olan Emre Mor cari mövsüm "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxıb.
Qeyd edək ki, "sarı-qırmızılar” dünən futbolçusu Stiven Nzonzi ilə də yolları ayırıb. Fransalı futbolçu İstanbul təmsilçisində bu mövsümün əvvəlindən icarə əsasında çıxış edirdi. 31 yaşlı yarımmüdafiəçi "Qalatasaray"da 15 matçda oynayıb.


Telegram kanalımız