Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" "Başakşehir"i qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray" bu qələbə ilə 66 xala (25 oyun) çatıb və turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 24 oyundan 63 xalı olan "Fənərbaxça" 2-cidir. "Beşiktaş" isə 39 xalla (24 oyun) 3-cü pillədə qərarlaşıb. pizza
"Qalatasaray" - "Başakşehir" - 2:0
Qollar: Yılmaz, 25, Mertens, 31
Telegram kanalımız