Türkiyə "Qalatasaray"ı Argentina millisinin futbolçusu Mauro İkardini birdəfəlik transfer edib.
Yenisabah.az xəbər verir ki, "sarı-qırmızılılar" 30 yaşlı hücumçunun keçidi üçün Fransanın PSJ komandası ilə anlaşıb.
İstanbula gələn təcrübəli forvardla tezliklə rəsmi müqavilə imzalanacaq. "Cim-Bom" ulduz futbolçu üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək. pizza hut
Qeyd edək ki, Mauro İkardi ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. O, meydana çıxdığı 24 matçda 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Telegram kanalımız