Türkiyənin “Qalatasaray” klubu, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin “Yonq Boys” klubu ilə qarşılaşacaq. İstanbul nəhəngi turu keçəcəyi təqdirdə, mötəbər tədbirin qrup mərhələsinə vəsiqəni təmin edəcək.
Yenisabah.az xəbər verir ki, Türkiyə çempionu qələbə müqabilində nə az nə çox, 15.64 milyon avro məbləğindəki tur gəlirini də əldə edəcək. “Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsində qazanacağı hər qələbə üçün isə 2.8 milyon avro qazanacaq.
Qeyd edək ki, “Qalatasaray” və “Yonq Boys” arasındakı ilk oyun 21 avqustda İsveçrədə baş tutacaq. pizza
Telegram kanalımız