Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bu gün bəlli olacaq.
Yenisabah.az xəbər verir ki, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşəcək.
"Neftçi”nin II təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub. Bunlar Rusiyanın “Dinamo”, Türkiyənin “Qalatasaray” və Qazaxıstanın “Kayrat” klublarıdır. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Dördpendirli pizza
Sportinfo.az xatırladır ki, I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubunu 2:1 hesabı ilə məğlub edən Füzuli Məmmədovun yetirmələri Əsas yolda səpələnməmişlər sırasında yer alıb.
Səpələnmiş 36 komanda aşağıdakılardır: “Tottenhem” (İngiltərə), “Bazel” (İsveçrə), “Kopenhagen” (Danimarka), “Volfsburq” (Almaniya), APOEL (Kipr), BATE (Belarus), “Qalatasaray” (Türkiyə), “Malmö” (İsveç), “Partizan” (Serbiya), “Standard” (Belçika), “Styaua” (Rumıniya), “Qranada” (İspaniya), “Milan” (İtaliya), “Reyncers” (Şotlandiya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Reyms” (Fransa), “Fehervar” (Macarıstan), “Rio Ave” (Portuqaliya), “Dinamo” (M, Rusiya), “Slovan” (Çexiya), “Hayduk” (Xorvatiya), “Şkendiya” (Şimali Makedoniya), “Kolos” (Ukrayna), “Villem” (Niderland), TNS (Uels), “Yablonets” (Çexiya), “Lex” (Polşa), “Hartberq” (Avstriya), “Aberdin” (Şotlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs, Litva), “Orxus” (Danimarka), “Motervell” (Şotlandiya).
Bir matçdan ibarət mərhələ sentyabrın 17-də keçiriləcək. Görüşün ev sahibini püşk müəyyənləşdirəcək. Sabah III təsnifat mərhələsinin püşkü atılacaq.
Telegram kanalımız