Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun son oyununda “Qalatasaray” evdə aşağı dəstəyə düşməsi dəqiqləşən “Yeni Malatyaspor”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. pizza
Bu qələbədən sonra xallarını 44-ə çatdıran “Qalatasaray” 12-ci sıraya yüksəlib. 20 xalı olan “Yeni Malatyaspor” isə sonuncu - 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 72 xalla “Trabzonspor” başçılıq edir.
Telegram kanalımız