“Qalatasaray” pley-offda, “Beşiktaş” və “Alanyaspor” isə mübarizəni dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” pley-offda, “Beşiktaş” və “Alanyaspor” isə mübarizəni dayandırdı

İdman

25 Sentyabr 2020 00:10 1015


Türkiyə klubları bu gün Avropa Liqasında III təsnifat mərhələsində meydana çıxıblar.

Yenisabah.az xəbər verir ki, "Qalatasaray" III təsnifat mərhələsində Xorvatiya "Hayduk"unu məğlubiyyətə uğradıb - 2:0. Hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib. 

"Qalatasaray" pley-offda "Villem II" (Hollandiya) - "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.  pizza

Türkiyənin digər təmsilçiləri, "Alanyaspor" Norveçin "Rusenborq"una, "Beşiktaş" isə Portuqaliyanın "Riu Ave" komandasına məğlub olaraq Avropa Liqasında çıxışlarını dayandırıblar. "Alanyaspor" səfərdə "Rusenborq"a 1:0 məğlub olub. "Beşiktaş" isə doğma meydanda "Riu Ave" ilə bacarmayıb. Görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə "Riu Ave" daha dəqiq olub - 4:2.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!