“Qalatasaray“ prezidenti şəhid Fərid Dursunovdan danışıb

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“ prezidenti şəhid Fərid Dursunovdan danışıb

İdman

25 Noyabr 2020 17:30 1504


Türkiyənin "Qalatasaray" klubunun prezidenti İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov barədə danışıb.

Yenisabah.az xəbər verir ki, 71 yaşlı funksioner bu ifadələri işlədib:

"Komandaya azarkeşlik etmək anlatılmaz bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı çox xoşbəxt olardı" dedi. Bu bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin". (Report) Toyuqlu pizza

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.

Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!