“Qalatasaray” qalib gələ bilməyib

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” qalib gələ bilməyib

İdman

02 Yanvar 2021 22:37 1197


Türkiyə Super Liqasında XVI tur başlayıb.

Yenisabah.az xəbər verir ki, 2021-ci ilin ilk oyun günündə 6 matç baş tutub.

“Qalatasaray” evdə “Antalyaspor”un müqavimətini qıra bilməyib. Bu xal itkisi İstanbul təmsilçisinin liderliyi əldən verməsi ilə nəticələnib. Sezar pizza

“Sarı-qırmızılar”ın izləyicilərindən “Alanyaspor” son çempion “Başakşəhər” üzərində darmadağınla zirvəni geri qaytarıb. Mövsümün digər sürpriz komandası “Qaziantep” Ərzurumda gözlənilməz xal itkisinə üzülüb.

“Konyaspor” üzərində qələbə qazanan “Hatayspor” da liderlər qrupundakı mövqeyini möhkəmlədib. “Sivasspor” öz meydanında “Dənizlispor”la sülhə imza atıb. “Yeni Malatyaspor”u qəbul edən “Ankaragücü” 3 xalı üç qolla qazanıb. (APA)

Qeyd edək ki, tura yanvarın 4-də yekun vurulacaq.

Türkiyə Super Liqası

XVI tur

2 yanvar

“Ərzurum BB” – “Qaziantep” – 1:1

Bassan, 90 (pen.) – Miralyas, 69

“Sivasspor” – “Dənizlispor” – 2:2

Qradel, 26 (pen.), Facr, 45 – Rodalyeqa, 13, Mesanoviç, 90

“Alanyaspor” – “Başakşəhər” – 3:0

Bareyro, 19, Mubandje, 27, Bingöl, 83

“Ankaragücü” – “Yeni Malatyaspor” – 3:1

Lukaşik, 4, Peyntsil, 37 (pen.), Boerven, 88 – Ndayişimiye, 76

“Qalatasaray” – “Antalyaspor” – 0:0

“Hatayspor” – “Konyaspor” – 2:1

Bupendza, 43, 69 – Kravets, 33


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!