“Qalatasaray“  “Qarabağ“ın 22 yaşlı futbolçusunu alır? 

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“  “Qarabağ“ın 22 yaşlı futbolçusunu alır? 

İdman

27 Mart 2023 09:32 1268


Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub. 

"Report" xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb. 

O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb: "Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".  pizza mizza

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 2019-cu ildən "köhlən atlar"ın formasını geyinən Toral Bayramovun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Ötən ilin yayında da "Qalatasaray"ın gənc oyunçu ilə maraqlandığı iddia olunub. Müdafiəçi hazırda Azərbaycan millisinin düşərgəsində olduğu üçün "sarı-qırmızılılar"la matçda iştirak etməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!