Türkiyə Superliqasında 35-ci tura start verilib.
Yenisabah.az xəbər verir ki, "Qalatasaray" "Sivasspor"u qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
Bu qələbə ilə "cim-bom" xallarının sayını 79-a çatdırıb və çempionluğa bir addım da yaxınlaşıb. Okan Burukun komandası gələn həftə "Ankaragücü" səfərində qələbə qazanarsa, çempion olacaq. Dominos pizza
Qeyd edək ki, turnir cədvəlinə 79 xalla (33 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 71 xalla (33 oyun) 2-ci, "Beşiktaş" isə 71 xalla (33 oyun) 3-cüdür.
20 may
"Qalatasaray" - "Sivasspor" - 2:0
Qollar: İkardi, 13, 63
Telegram kanalımız