“Qalatasaray“ qış transferi üçün yeni adları açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“ qış transferi üçün yeni adları açıqladı

İdman

11 Dekabr 2021 13:31 818


“Qalatasaray”ın qış transfer pəncərəsində yollarını ayıracağı və heyətinə qatacağı futbolçuların siyahısı müəyyənləşdirib.

Yenisabah.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçilər Qustavo Assunsao, Sofian Fequli və hücumçu Rayan Babeli komandadan göndərəcək.

Baş məşqçi Fatih Terim rəhbərliyə yüksək ödənişli olan hər üç oyunçudan qurtulmağı tapşırıb. Terim onların əvəzində “Benfika”nın yarımmüdafiəçisi Gedson Fernandeş və “Bode-Qlimt”in hücumçusu Ola Solbakkeni komandasında görmək istəyir. Klub artıq sözügedən oyuçularla danışıqlara başlayır.  pizza

Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinə yüksələn “Qalatasaray” Türkiyə Super Liqasında 7-ci pillədə qərarlaşır. (Qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!