"Roma" yarımmüdafiəçisi Nikolo Zaniolonu "Qalatasaray"a satdığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. İlkin məlumatda müqavilənin təfərrüatları açıqlanmır.
İtaliya mətbuatı Türkiyə təmsilçisinin oyunçu üçün 15 milyon avro, əlavə olaraq 5 milyonu da bonus olaraq ödəyəcəyi yazıb. pizza mizza
Qeyd edək ki, italiyalı hücumameyilli yarımmüdafiəçi bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.
Telegram kanalımız