“Qalatasaray“ sabah Bakıya gələcək

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“ sabah Bakıya gələcək

İdman

15 Sentyabr 2020 14:57 1375


"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" Bakıya 45 nəfərlik nümayəndə heyəti ilə gələcək.

Yenisabah.az xəbər verir ki, heyətdəkilərdən 23-ü futbolçudur. Həmin oyunçular adları UEFA-ya sifariş edilənlərdən ibarətdir.

Qalan 22 nəfər arasında İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz olmayacaq. Əvəzində klubun vitse-prezidenti Abdurrahim Albayrak nümayəndə heyətinin tərkibində yer alıb. pizza

Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq.

Sportinfo xatırladır ki, saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!