“Qalatasaray” səfərdə “Antalyaspor”u darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” səfərdə “Antalyaspor”u darmadağın etdi

İdman

19 Oktyabr 2024 22:49 761


Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı qəbul edib.

Yenisabah.az xəbər verir ki, Antalya stadionunda baş tutan oyunda qonaqlar rahat qələbə qazanıblar - 3:0.

"Qalatasaray"ın qollarını Mauro İkardi(10, 52) və Viktor Osimen(90+3) vurub. pizza

Beləliklə, “Qalatasaray” doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. “Cimbom”un ən yaxın təqibçisi ehtiyatında bir oyun olan “Samsunspor”dur – 18 xal.

“Antalyaspor” isə eyni sayda oyuna cəmi səkkiz xal toplaya bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!