Türkiyə Superliqasının 37-ci həftəsində artıq çempionluğunu elan edən "Qalatasaray" səfərdə "Göztepe" ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, "Gürsel Aksel" stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 0:2.
Bununla da, "Qalatasaray" liqadakı qələbə seriyasını 7 oyuna çatdıraraq, hesabına üç xal əlavə edib. Bu nəticə ilə sarı-qırmızılılar xallarını 92-yə yüksəldib. Üç həftədir qalib gələ bilməyən "Göztəpə" 47 xalla 8-ci pillədə qalıb. Pepperoni pizza
Superliqanın son həftəsində "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edəcək.
Telegram kanalımız