“Qalatasaray” Sivas səfərindən 3 xalla döndü

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” Sivas səfərindən 3 xalla döndü

İdman

08 Noyabr 2020 23:27 1099


Türkiyə Superliqasında 8-ci turun oyunları keçirilir.

Yenisabah.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor” bu tur öz meydanında "Qalatasaray"ı qəbul edib. 

Matç sivaslıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydan sahiblərinin yeganə qolunu matçın 76-cı dəqiqəsində Caner Osmanpaşa vurub. Qonaqların heyətində isə Belhanda (19) və Arda Turan (48) fərqlənib. Dominos pizza

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" eyni xalla 2-ci, "Qalatasaray" 16 xalla 3-cüdür. "Sivasspor" isə 8 xalla 15-cidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!