“Qalatasaray” son dəqiqə qolu ilə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” son dəqiqə qolu ilə qalib gəldi

İdman

29 Yanvar 2024 23:44 834


"Qalatasaray" Türkiyə Superliqasında 23-cü tur oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, İstanbul təmsilçisi "Qaziantep"i qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı birinci hissədə qonaqlar açıb. Uzun müddət "Qaziantep" öndə olsa da, "cim-bom" 72-ci dəqiqədə Zaha ilə hesabı bərabərləşdirib. Barış Alper Yılmazın 90-cı dəqiqədə vurduğu qol matçın taleyini həll edib.  Pepperoni pizza

Bu qələbə ilə xalını 60-a çatdıran "Qalatasaray" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Fənərbaxça" eyni xalla 1-cidir. "Qaziantep" isə 23 xalla 17-cidir.

"Qalatasaray" - "Qaziantep" - 2:1

Qollar: Zaha, 72, Yılmaz, 90 - Kızıldağ, 29

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!