Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Yenisabah.az xəbər verir ki, yarımfinala yüksəlmək uğrunda keçirilən sonuncu matçda “Qalatasaray” “Fatih Karagümrük”ü qəbul edib.
Oyun gözlənilmədən qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Dördpendirli pizza
Beləliklə də, öz meydanında məğlub olan “Qalatasaray” turnirdəki çıxışını başa vurub. “Fatih Karagümrük” isə yarımfinalda “Trabzonspor”la qarşılaşacaq.
Finala çıxmaq uğrunda digər yarımfinalda isə “Ankaragücü” ilə “Beşiktaş” mübarizə aparacaq.
"Qalatasaray" - "Fatih Karagümrük" - 0:2
Qollar: Markao, 6, Mendes, 84
Telegram kanalımız