Türkiyə kubokunda 1/4 final mərhələsi davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün "Qalatasaray" öz meydanında "Alanyaspor"u qəbul edib. Ötən mövsüm məhz 1/4 finalda “cim-bom”a qalib gələn alanyalılar eyni uğuru təkrarlayıb. Bu dəfə 3:0 hesabı ilə önə keçən qonaqlar son dəqiqələrdə 2 qol buraxsalar da yenə "Qalatasaray"ı kubokdan kənarlaşdırmağı bacarıblar.
“Alanyaspor”un yarımfinal mərhələsindəki rəqibi fevralın 11-də keçiriləcək “Sivasspor” - “Antalyaspor” cütünün qalibi olacaq. Sezar pizza
Türkiyə kuboku
Yarımfinal mərhələsi
10 fevral
“Qalatasaray” – “Alanyaspor” – 2:3
Qollar: Mustafa, 83, Gedson Fernandes, 90+4 - Babakar, 31, 48 (pen.), Salih Uçan, 41
Telegram kanalımız