“Qalatasaray” Uruqvay millisinin futbolçusunu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” Uruqvay millisinin futbolçusunu transfer etdi

İdman

06 Yanvar 2020 17:58 779


"Qalatasaray" heyətinə daha bir futbolçu qatıb.

"Yeni Sabah" xəbər verir ki, İstanbul klubu "Leypsiq"in müdafiəçisi Marselo Saraççini icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Uruqvaylı sol cinah müdafiəçisi ilə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb. "Qalatasaray" buna görə "Leypsiq"ə 500 min avro ödəyəcək. Sezar pizza

Klub futbolçunun maaşını da açıqlayıb. Anlaşmaya əsasən, Marselo Saraççi bu mövsümün qalan hissəsi üçün 700 min avro, 2020/21 mövsümü üçün 1 milyon 350 min avro maaş alacaq.

Qeyd edək ki, İstanbul klubu "Monako"dan Henri Onyekurunu da icarəyə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!