“Qalatasaray” və “Fənərbağça” Yarmolenko ilə maraqlanır

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” və “Fənərbağça” Yarmolenko ilə maraqlanır

İdman

05 İyul 2021 19:57 965


Ukrayna milli komandasının və İngiltərənin "Vest Hem" klubunun futbolçusu Andrey Yarmolenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Yenisabah.az xəbər verir ki, 32 yaşlı hücumçunun xidmətlərində "Qalatasaray" və "Fənərbağça" maraqlıdır. "Sarı-qırmızılar" təcrübəli forvarda ildə 2,5 milyon avro, "sarı-lacivərdlilər" isə 3 milyon avro ödəməyə hazırdır. Oyunçunun "Vest Hem"i tərk etmək istədiyi bildirilir.

Qeyd edək ki, Andrey Yarmolenko karyerasına Ukrayna "Desna"sında başlayıb. Bundan sonra 11 il Kiyev "Dinamo"sunda çıxış etmiş hücumçu 2017-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasına keçib. O, "Vest Hem"də 2018-ci ildən forma geyinir. Ukrayna millisinə 2009-cu ildən dəvət alan Yarmolenko AVRO-2020-də 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub./Report Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!