“Qalatasaray” yeni transferini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” yeni transferini açıqladı

İdman

10 Sentyabr 2020 01:21 892


UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Türkiyə "Qalatasaray"ı yeni transferi Oqenekaro Etebo ilə rəsmi müqavilə imzalayıb.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu 2020/2021 mövsümünün sonunadək icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

"Sarı-qırmızılılar" bu keçid üçün 25 yaşlı forvardın məxsus olduğu İngiltərə "Stok Siti"sinə 675 000 avro təzminat ödəyəcək. Toyuqlu pizza

Etebonun "Qalatasaray"dakı 1 mövsümlük maaşı isə 1 200 000 avro təşkil edəcək. "Cim-Bom" mövsümün sonunda 7 500 000 avro qarşılığında onu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!