“Qalatasaray” Yunanıstana buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” Yunanıstana buraxılmadı

İdman

12 İyul 2021 22:18 1429


“Olimpiakos”la oynayacağı hazırlıq matçı üçün Yunanıstana yollanan “Qalatasaray” klubu xoşagəlməz sürprizlə üzləşib.

Yenisabah.az xəbər verir ki, klub üzvlərinin PCR testləri etibarsız sayılıb və onlarla kobud şəkildə rəftar edilib.

Yunan gömrük əməkdaşları iki ökə arasında PCR testlərin qarşılıqlı tanınması üzrə razılaşmanın olmadığını əsas gətirərək, komandanın heyətini ölkəyə buraxmaqdan imtina edib. Dominos pizza

İki saat ərzində hava limanında gözlədikdən sonra “Qalatasaray” rəhbərliyi komandanın geri qayıtmasına qərar verib.

Qeyd edək ki, əgər “Neftçi” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Dinamo” (Tbilisi) həddini aşarsa, növbəti mərhələdə məhz “Olimpiakos”la üz-üzə gələcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!