"Qalatasaray"ın həftəsonu zədələnən futbolçusu Radamel Falkaonun son durumu məlum olub.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, sağ ayağında əzələ ağrısı hiss edən kolumbiyalı hücumçu 2-3 həftə meydana çıxa bilməyəcək.
Falkaonun iyunun 28-də Superliqanın 29-cu turunda çempionluq uğrunda əsas rəqiblərindən olan lider "Başakşəhər" görüşü buraxacağı dəqiqdir. Sezar pizza
Qeyd edək ki, 34 yaşlı forvard Superliqanın son turunda "Qaziantep"lə görüşdə (3:3) zədələnib.
Telegram kanalımız