“Qalatasaray”a keçəcəyi gözlənilən türkiyəli məşhur futbolçu Arda Turan bu ölkənin Super Liqasının başqa klubundan təklif alıb.
“Yeni Sabah” xəbər verir ki, yarımmüdafiəçi ilə “Antalyaspor” maraqlanır.
Türkiyə mətbuatında yazılanlara görə, 33 yaşlı futbolçuya artıq klub tərəfindən təklif göndərilib. Lakin Türkiyə millisinon üzvü təklifi düşünmək üçün vaxt istəyib. Sezar pizza
Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda “Başakşəhər”də icarə əsasında oynayırdı. Onun Super Liqa təmsilçisi ilə mövsümün sonunadək icarə müqaviləsi vardı. Türkiyə millisinin sabiq üzvünün İspaniya nəhəngi ilə anlaşması da mövsümün sonunda bitəcək. Həmçinin Ardanın yetirməsi olduğu “Qalatasaray”a keçəcəyi ilə bağlı da xəbərlər yayılıb.
Telegram kanalımız