“Qalatasaray”da ÇL-nin pley-off matçı öncəsində şok itki

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”da ÇL-nin pley-off matçı öncəsində şok itki

İdman

20 Avqust 2024 13:08 299


"Qalatasaray" İsveçrədə "Yanq Boyz"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ərəfəsində ciddi itki ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsas heyətin dəyişilməz üzvlərindən biri olan Barış Alper Yılmaz matçda komandasına kömək edə bilməyəcək. pizza hut

24 yaşlı cinah hücumçusunda ürəkbulanma, qusma və qida zəhərlənməsi aşkarlanıb. O, komandası ilə səfərə yollana bilməyib.

Qeyd edək ki, "Yanq Boyz" - "Qalatasaray" oyunu avqust 21-i saat 23:00-da start götürəcək. Cavab matçı isə bir həftə sonra oynanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!