Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, lider "Qalatasaray" "Kasımpaşa"nı qəbul edib. Zəlzələ səbəbindən 1 ay oyun keçirməyən meydan sahibləri minimal hesablı qələbə qazanıblar - 1:0.
"Qalatasaray" bu qələbə ilə türk futbol tarixinə yeni rekordla adını yazdırıb. Superliqada ardıcıl 14-cü qələbəsini qazanan "cim-bom" bu mənada vahid lider olub. Toyuqlu pizza
Qeyd edək ki, turnir cədvəlinə 60 xalla (24 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 51 xalla (23 oyun) 2-ci, "Beşiktaş" 43 xalla (23 oyun) 3-cüdür.
11 mart
"Qalatasaray" - "Kasımpaşa" - 1:0
Qol: Zaniolo, 57
Telegram kanalımız