"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirir.
Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Cimbom" Yunanıstanın "Olimpiakos" komandası ilə müqaviləsi başa çatmış Mərakeş əsilli norveçli futbolçu Omar Elabdellaui ilə danışıqlara başlayıb. Futbolçu müqavilə bağlamaq üçün İstanbula gəlib.
Transferin ən qısa zamanda açıqlanacağı gözlənilir. Toyuqlu pizza
Qeyd edək ki, 29 yaşlı sağ cinah oyunçusu 2019/2020 mövsümündə meydana çıxdığı 47 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 2013-cü ildən Norveç millisinin də formasını geyinən Elabdellaui yığmada 44 oyun keçirib.
Telegram kanalımız