“Qalatasaray“dan daha bir ulduz transfer

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“dan daha bir ulduz transfer

İdman

05 Yanvar 2025 16:17 615


Türkiyə Superliqasının lideri "Qalatasaray" daha bir ulduz futbolçunu transfer etmək niyyətindədir. "Sarı-qırmızılar" "Mançester Siti"nin türk əsilli alman futbolçusu İlkay Gündoğanın keçidinə çox yaxındır.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə keçmiş türk futbolçu və idman şərhçisi Tuqay Kərimoğlu məlumat verib. O, verilişlərin birində qeyd edib ki, İstanbul nəhəngi İlkayın transferini 90 faiz həll edib.

Qeyd edək ki, "Qalatasaray" Pablo Dibala, Pol Poqba kimi futbolçuların transferini hədəfləyir. Komanda bu mövsüm yerli liqadan əlavə, Avroliqada da müvəffəqiyyət qazanmaq niyyətindədir. pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!