“Qalatasaray”dan Hakim Ziyeşlə bağlı qərar - Rəsmi 

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”dan Hakim Ziyeşlə bağlı qərar - Rəsmi 

İdman

29 İyun 2024 11:35 692


"Qalatasaray" "Çelsi"dən icarəyə götürdüyü Hakim Ziyeşin transfer hüququnu alıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Mərakeş millisinin üzvünün transferi İstanbul təmsilçisi üçün pulsuz başa gəlib.  pizza

31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Onun illik maaşı 2,8 milyon avro olacaq. 

Qeyd edək ki, Hakim Ziyeş ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!