Türkiyə Super Liqasında VII tur davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün baş tutmalı olan üç oyundan ikisi keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Gənclərbirliyi” öz meydanında “Qaziantep”lə bərabərə qalıb. pizza mizza
Qeyri-stabil mövsüm keçirən “Qalatasaray” son pillənin sahibi “Ankaragücü”nü qəbul edib. Bu matça qədər qələbə üzünə həsrət qalan paytaxt təmsilçisi İstanbuldan da əliboş dönüb. Rəqibi üzərində qələbə qazanan “cim-bom” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Türkiyə Super Liqası
VII tur
31 oktyabr
“Gənclərbirliyi” – “Qaziantep” – 1:1
Kandeyas, 56 – Maksim, 17 (pen.)
“Göztəpə” – “Alanyaspor” oyunu təxirə salınıb.
“Qalatasaray” – “Ankaragücü” – 1:0
Babel, 45+1
Telegram kanalımız