“Qalatasaray”dan mükəmməl nəticə

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”dan mükəmməl nəticə

İdman

17 Dekabr 2024 10:13 575


Türkiyə Superliqasının 16-cı turunun mərkəzi qarşılaşmasında lider “Qalatasaray” doğma meydanda “Trabzonspor”u məğlub edib. Oyun “sarı-qırmızılar”ın 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, bununla da “Qalatasaray” liqanın ilk dövrəsində baş tutan hər 3 derbidən üzüağ çıxıb. İstanbul nəhəngi daha öncə “Fənərbaxça”nı səfərdə 3-1, “Beşiktaş”ı evində 2-1 hesabı ilə üstələyib.

Ötən 16 həftənin nəticəsində ən yaxın izləyicisi “Fənərbaxça”ya 6 xal fərq atan “Qalatasaray” çempionluğun əsas favoritidir. Son çempionun bundan sonra təxminən 7-8 həftəlik periodda çətin görüşü yoxdur. Marqarita pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!