“Qalatasaray”dan növbəti transfer bombası - Ulduz futbolçu gəlir 

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”dan növbəti transfer bombası - Ulduz futbolçu gəlir 

İdman

04 Sentyabr 2024 12:51 582


2 mövsüm əvvəl 70 milyon avroya “Real Madrid”dən "Mançester Yunayted"ə transfer olan Kazemironun "Qalatasaray"a gedəcəyi iddia edilib. 

Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçunu transfer etmək üçün hərəkətə keçib. “TBR Futbol”un xəbərinə görə, "Mançester Yunayted"ə transferindən sonra əsas heyətdə az yer alan Kazemiro İngiltərə klubunu tərk etmək istəyir. İddialara görə, futbolçu özü də Türkiyəyə transfer olmaqda maraqlıdır. "Qalatasaray"ın "Mançester Yunayted"lə 2026-cı ilə qədər müqaviləsi olan Kazemironu icarə əsasında heyətinə qatmaq istədiyi bildirilib. 

Xəbərdə yüksək maaşa görə futbolçu ilə müqavilə bağlamağın asan olmayacağı vurğulanır. "Mançester Yunayted"in Casemironu buraxmağa açıq olduğu qeyd edilib. “Mançester Yunayted”də 87 matça çıxan ulduz futbolçu 12 qol vurub və 9 məhsuldar ötürmə verib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!