Türkiyə Super Liqasında XXVI tura start verilib.
Yenisabah.az xəbər verir ki, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Qalatasaray"ı qəbul edib. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.
Bu məğlubiyyətlə "Qalatasaray"ın 14 oyunluq qələbə seriyası sona çatıb. pizza hut
Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Konyaspor" 8-ci pillədə qalıb. "Qalatasaray" isə 60 xalla liderliyə davam edir.
Qeyd edək ki, "Qalatasaray" martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la xeyriyyə oyunu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Telegram kanalımız