Tezliklə Bakıda “Qalatasaray” Futbol Klubunun rəsmi fan-şopu açılacaq.
Yenisabah.az xəbər verir ki, bu layihə İstanbul təmsilçisinin “Qarabağ” klubu ilə əməkdaşlığı çərçivəsində gerçəkləşəcək.
“Qarabağ” klubundan saytımıza verilən xəbərə görə, fan-şop “Park Bulvar”da yerləşəcək. Artıq onun üçün ticarət mərkəzində müvafiq yer də ayrılıb. Fan-şopda klubun orijinal formaları, atributları satışda olacaq. Marqarita pizza
Fan-şopun yaxın 1 ay ərzində fəaliyyətə başlayacağı gözlənilir.
Telegram kanalımız