“Qalatasaray”ın baş məşqçisinin maaşı 50 milyon oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”ın baş məşqçisinin maaşı 50 milyon oldu

İdman

02 Noyabr 2023 12:35 893


"Qalatasaray"la yeni 1 illik müqavilə imzalayan Okan Burukun maaşının məbləği bəlli olub.  

Yenisabah.az xəbər verir ki, bu haqda Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb. 

Bildirilib ki, ötən mövsüm bir mövsümə 20 milyon lirə (bugünkü məzənnəyə uyğun olaraq 665 min avro) qazanan baş məşqçinin maaşı 150 faiz artırılıb. Onun yeni müqavilədə bir mövsüm üçün maaşı 50 milyon lirə (1 milyon 663 min avro) təyin edilib.  Toyuqlu pizza

Bundan başqa, onun üçün bonuslar da nəzərdə tutulub. 

Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"ın baş məşqçisi təyin edilən Okan Buruk ilk mövsümdəcə komandaya Türkiyə çempionluğu qazandırıb. Onun rəhbərliyi altında "Qalatasaray" 2023/24 mövsümündə Çempionlar Liqasının qrupuna da düşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!