“Qalatasaray”ın bu futbolçusunun qiyməti 120 milyona qalxdı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”ın bu futbolçusunun qiyməti 120 milyona qalxdı - FOTO

İdman

19 Sentyabr 2024 16:26 735


Bu mövsüm İtaliyanın “Napoli” klubundan 1 illik icarə əsasında “Qalatasaray”a keçən Viktor Osimenin transfer qiyməti yenilənib. 25 yaşlı ulduzun “Tranfermarkt”dakı yeni dəyəri 120 milyon avrodur. 

Yenisabah.az xəbər verir ki, İstanbul nəhəngi ilə çıxdığı ilk matçda asist ilə yadda qalan hücumçunun əvvəlki transfer dəyəri 100 milyon avro idi. Artıq Osimenə elçi düşən klublar bundan 20 miyon daha çox ödəniş etməli olacaqlar. 

Xatırladaq ki, Osimen “Napoli”nin 2023-cü ildəki İtaliya liqası çempionluğunda əsas fiqur idi. Yay transfer mövsümündə başda “Barselona” və “Mançester Yunayted” kimi Avropa klubları onu heyətinə qatmaq istəsə də, o icarə əsasında “Qalatasaray”da oynamağa razılıq verib.  Pepperoni pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!