"Qalatasaray”ın kapitanı Səlcuk İnan futbolçu karyerasını bitirib.
Yenisabah.az xəbər verir ki, bu barədə kapitan dünən "Goztəpə”yə qarşı matçdan sonra təşkil olunan mətbuat konfransında məlumat verib.
35 yaşlı Səlcuk İnan bundan sonra "Qalatasaray”ın məşqçilər korpusunda yer alacaq. Baş məşqçisi Fatih Terim mətbuat konfransında təsdiq edib ki, veteran futbolçu onun köməkçisi olacaq. Pepperoni pizza
Qeyd edək ki, Səlcuk İnan kareyarasına "Dardanelspor"da başlayıb (2002-2005). Ardınca "Manisaspor"da çıxış edən (2005-2008) yarımmüdafiəçi 2008-ci ildə 2 milyon avro qarşılığında "Trabzonspor"a transfer olunub. 2011-ci ildə Trabzon klubu ilə müqaviləsi başa çatan futbolçu "Qalatasaray"a keçib və həmin vaxtdan indiyə qədər "Cimbom"un fomasını geyinib.
Səlcuk İnan "Trabzonspor"la bir dəfə Türkiyə Kubokunu və Super Kubokunu qazanıb. "Qalatasaray"ın heyətində isə 5 dəfə Super Liqanın, 4 dəfə ölkə kubokunun, 5 dəfə Türkiyə Super Kubokunun qalibi olub.
Türkiyənin bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Səlcuk İnan 2007-ci ildən dəvət aldığı A Millidə 61 oyun keçirərək 8 qol vurub.
Telegram kanalımız