“Qalatasaray”ın keçmiş futbolçusu Azərbaycan klubuna keçir

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”ın keçmiş futbolçusu Azərbaycan klubuna keçir

İdman

05 Sentyabr 2023 12:48 497


“Qalatasaray”ın sabiq futbolçusu Yesse Sekidika karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Avqustun son günündə “Eyüpspor”la müqavilə müddəti başa çatan nigeriyalı hücumçu “Sabah”la razılığa gəlib. 27 yaşlı forvard paytaxt təmsilçisinə azad agent kimi keçəcək. Yesse və "Sabah" tezliklə yeni müqavilə imzalayacaqlar.

Qeyd edək ki, Yesse 2019-cu ilin əvvəlində “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulsa da, komandanın həmin vaxtkı baş məşqçisi Roberto Bordin onun hazırlıq durumundan razı qalmadığından, rəhbərlik bu futbolçu ilə müqavilə imzalamaqdan imtina etmişdi. Marqarita pizza

Əlavə edək ki, Sekidka 2020-2022-ci illərdə müqavilə ilə “Qalatasaray”a məxsus olub və bu müddət ərzində müxtəlif klublarda icarə əsasında çıxış edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!