“Qalatasaray”ın matçı yarımçıq qaldı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”ın matçı yarımçıq qaldı

İdman

09 Fevral 2025 21:32 301


Superliqanın 23-cü turunda keçirilən "Qalatasaray" doğma meydanda "Adana Dəmirspor"u qəbul edib.

Yenisabah.az xəbər verir ki, qonaq komanda oyunun 30-cu dəqiqəsində meydanı tərk etmək qərarına gəlib.

"Adana Demirspor"un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri oyun meydanını tərk ediblər. Pepperoni pizza

Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Qeyd edək ki, oyun dayandırılarkən "Qalatasaray" 1:0 öndə olub. Yeganə qolu 12-ci dəqiqədə penalti zərbəsindən Alvaro Morata vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!