Azərbaycanlı hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən məsul oyuna təyin edilib.
“Yeni Sabah” xəbər verir ki, beynəlxalq dərəcəli referi CEV kubokunun 1/8 final mərhələsi çərçivəsində kişi voleybolçular arasında keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Qalati” (Rumıniya) klublarının ilk görüşünü idarə edəcək.
Qeyd edək ki, yanvarın 29-da İstanbulda oynanılacaq matçda ikinci hakim funksiyasını belaruslu Konstantin Asipçik həyata keçirəcək. Dominos pizza

Telegram kanalımız