"Qalatasaray"ın prezidenti Mustafa Cengiz əməliyyat olunub.
Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir neçə gündür xəstəxanada olan klub prezidenti beyin əməliyyatı keçirib.
Klubun yaydığı məlumata görə, əməliyyat 10 saat davam edib. Hazırda reanimasiyada olan Cengiz bir müddət orada həkim nəzarətində olacaq. pizza hut
Həkimlər əməliyyatın uğurlu keçdiyini, klub prezidentinin durumunun yaxşı olduğunu açıqlayıblar.
Telegram kanalımız