“Qalatasaray”ın prezidenti:  “Bütün dünyanın qarşısında biabır olduq“

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”ın prezidenti:  “Bütün dünyanın qarşısında biabır olduq“

İdman

08 Aprel 2024 13:31 1329


"Qalatasaray"ın prezidenti Dursun Özbek "Fənərbaxça" ilə qalmaqallı Türkiyə Superkuboku oyunu haqda danışıb. 

Yenisabah.az "Fanatik"ə istinadən xəbər verir ki, "Fənərbaxça" sözügedən matça U-19 komandası ilı çıxıb. Matçın ilk dəqiqəsində "Qalatasaray"ın futbolçusu Mauro İkardi hesabı açıb. Daha sonra "Fənərbaxça" oyunu boykot edib və meydandan çıxıb. "Fənərbaxça"ya texniki məğlubiyyət verilib, "Qalatasaray" isə Türkiyə Superkubokunun qalibi olub.

D.Özbek bu haqda açıqlamasında bildirib: “Belə bir vəziyyət gözləmirdim. Biz absurdluqla üz-üzəyik. Çox şey dedilər. Bu, çılğınlıqdır. Urfa kimi gözəl şəhərdə bu derbini izləməkdən həzz almaq istəsək də, gözləmədiyimiz bir şeylə qarşılaşdıq. Sezar pizza

Superkubok oyununu cəmi bir dəqiqəyə tamamladılar. Biz bütün dünyanın qarşısında biabır olduq. “Qalatasaray” və “Fənərbaxça”nın missiyası insanlara futbolu sevdirməkdir. U-19 komandasının uşaqlarına yazığınız gəlmir? Bu, ayıb deyilmi?". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!