“Qalatasaray“ın prezidenti: “Fatih Terim üzr istəməlidir“

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray“ın prezidenti: “Fatih Terim üzr istəməlidir“

İdman

22 May 2021 11:21 1696


"Qalatasaray"ın prezidenti Mustafa Cengiz mətbuat konfransı keçirib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, idarə heyətindən namizəd çıxarsa, onu dəstəkləyəcəyini bildirən klub rəhbəri özünün namizəd olmağı düşünmədiyini deyib. Cengiz idarə heyətindən namizəd olmazsa, yenidən prezident ola biləcəyini vurğulayıb.

O, eyni zamanda klubun hazırkı baş məşqçisi Fatih Terim haqda da danışıb. Bildirib ki, yenidən prezident olsa, türk mütəxəssislə əməkdaşlığa davam etməyi düşünmür: pizza

"Prezidentliyə namizədlər açıqlama verdilər, Terimin yanında olduqlarını söylədilər. Amma mən eyni fikirdə deyiləm. Onunla yolları davam etdirməyi düşünmürəm. Prezident olduğum müddətdə Terimlə yeni müqavilə imzalamaram. Çünki mən onun düşməni imişəm. Abdurrahim Albayrak və dostlarla bir yerdə olduğumuz zaman "içəridəki və kənardakı düşmənlər" deyə ifadə işlətdi. Sonra məni hədəf alaraq başqa şeylər söylədi. Bunu anlamamaq üçün axmaq olmaq lazımdır. Üzr istəsə, məni razı salsa, fikrim dəyişə bilər".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!