"Qalatasaray"ın uruqvaylı əfsanəvi futbolçusu Fernando Muslera ölkəsinin 3-cü liqa komandası olan "Sportivo Bella ltalia"nı satın alıb.
Yenisabah.az xəbər verir ki, təcrübəli qolkiperin “sarı-qırmızılar”la müqaviləsi başa çatdıqdan sonra yeni komandasına rəhbərlik edəcəyi gözlənilir.
Xatırladaq ki, Uruqvay 3-cü Liqasının B qrupunda yer alan Sportivo Bella ltalia 10 matçda 4 qələbə, 3 heç-heçə və məğlubiyyətdən sonra 15 xalla 3-cü pillədə qərarlaşıb. Dördpendirli pizza
Qeyd edək ki, Fernando Muslera 3-3 hesabı ilə bitən Kasımpaşa matçından sonra İnstaqram hesabında "Az qaldı" mesajını paylaşıb. Milli komandanın fasiləsində ölkəsinə qayıdan 38 yaşlı qolkiper ailəsini görüb və satış biznesini tamamlayıb.
Aytac Şahin
Telegram kanalımız